05.12.2019

Ağacəkmə aksiyası keçirilib

Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbdə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

 Məktəbin III sinif şagirdlərinin iştirak etdiyi aksiyada məktəbin həyatyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib.


Açar sözlər: ,  ,