03.12.2019

“Təlim-tərbiyə prosesində diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə yolları” mövzusunda “Dəyirmi masa” keçirilib.

Dekabrın 3-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin  təşkilatçılığı ilə “Təlim-tərbiyə prosesində diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə yolları” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndələri və qabaqcıl müəllimləri iştirak ediblər.

“Dəyirmi masa”nın  keçirilməsində əsas məqsəd müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Tədbirdə çıxış edənlər keçirilən “Dəyirmi masa”ın əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird-valideyn münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü bildiriblər.

“Dəyirmi masa”da “Azərbaycan dili və ədəbiyyatın tədrisində diaqnostik və formativ qiymətləndirməndən necə istifadə edirəm”, “İbtidai siniflərdə tədris prosesində diaqnostik və formativ qiymətləndirməni necə aparmalı”,  “Ümumtəhsil məktəblərində tarix fənni üzrə diaqnostik və formativ qiymətləndirməni necə aparmalı”, “İngilis dili fənni üzrə şagird naliyyətlərinin diaqnostik və formativ qiymətləndirməsi”, “ Fizika fənninin səmərəli tədrisində diaqnostik və formativ qiymətləndirmənin rolu”, “Təlim-tərbiyə prosesində diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadəni necə təşkil etmək olar”, “ Riyaziyyatın tədrisi prosesində diaqnostik və formativ qiymətləndirməndən istifadə tərcübəsindən” mövzularda məruzələr dinlənilib.

“Dəyirmi masa”nın sonunda şəhər 12 nömrəli tam orta məktəbin bir qrup şagirdlər i şeirlər söyləyiblər və  ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, bu “Dəyirmi masa”  təhsil nazirinin “Ümumi təhsil sahəsində 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.


Açar sözlər: ,  ,  ,