02.12.2019

İngilis dili fənnindən açıq dərs keçirilib.

Şəki şəhər 10 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Turan Kərimova tərəfindən X b sinifdə açıq dərs keçirilib. Dərsin mövzusu  "The literary world of Azerbaijan" olub.

Dərsdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər.

Şagirdlərin fəal iştirakı ilə keçirilmiş dərs zamanı şagirdlər "Fuzuli", "Samad Vurghun", "Nizami Ganjavi" və "Khurshidbanu Natavan"  adlı qruplar şəklində bölünüblər. Təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən suallar cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,  ,