Dekabrın 2-də Nurpaşa Hümmətov adına Oxud kənd tam orta məktəbin VIIa sinfində ədəbiyyat fənnindən Aygün Alxasova tərəfindən açıq dərs keçirilib.
Mövzusu Səməd Vurğun "Azərbaycan" şeiri olan açıq dərsdə sinif şagirdləri dörd qrup (Vətən, Bayraq, Azərbaycan, Odlar yurdu) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Səməd Vurğunu necə xatırlayırsız?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən fənn müəllimləri tərəfindən dərs müzakirə edilib.