Şəki şəhər 6 nömrəli tam orta məktəbdə BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”nın 30 illiyinə həsr olunmuş “Mənim uşaq hüquqlarım” adlı tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, məktəbin müəllim və şagird kollktivi iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Himn sədaları ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktroru Nərminə Abdullayeva çıxışında ölkədə uşaq hüquqlarının qorunması və onlara göstərilən dövlət qayğısından danışıb. O, ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığını və indi də uşaqlara qayğının ildən-ilə artdığını bildirib.
Daha sonra çıxış edənlər uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda görülən işlər, onlara göstərilən diqqət və qayğı uşaqların hərtərəfli formalaşması üçün yaradılan imkanların əhəmiyyəti barədə danışıblar.
Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.
Sonda uşaq hüquqları mövzusunda keçirilən rəsm və esse müsabiqəsində fərqlənən şagirdlərə Fəxri fərman təqdim edilib.