Şəki şəhər 1 nömrəli tam orta məktəbin V sinfində Elnurə Cumayeva tərəfindən Azərbaycan dili fənnindən açıq dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər dinləyici qismində iştirak ediblər.
Mövzusu “Antonimlər” olan açıq dərsdə sinif şagirdləri üç qrup (Antonimlər, Sinonimlər və Omonimlər) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş "Antonimlərin təsnifatı?" tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən fənn müəllimləri tərəfindən dərs müzakirə edilib.