Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında təhsilyanı şura iclası keçirilib.
İclasda Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Təhsil Şöbəsinin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Şura iclasında ilk olaraq Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, şagirdlərin dərsə davamiyyəti, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər məsələlər müzakirə edilib.
Qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib.