27.11.2019

“Xəmsə” Milli İntellektual Oyunun rayon mərhələsi keçirilib

Şəki Şəhər Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Xəmsə” Milli İntellektual Oyunun rayon mərhələsi keçirilib.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

İntellektual oyunda I yerə şəhər 18 nömrəli, II yerə 11 nömrəli, III yerə şəhər 10 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.

Qalib komandalar Şəhər Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib.


Açar sözlər: ,  ,