Şəki rayon ümumi təhsil məktəblərinin müəllimləri arasında İmadəddin Nəsiminin 650 illik yubileyinə ilə əlaqədar keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İnşa müsabiqəsi Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Təhsil Şöbəsinin akt zalında keçirilən mükafatlandırma mərasimində Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin əməkaşları və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu və onun İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyiblər. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırılib.
Tədbirin sonunda inşa müsabiqəsində I, II və III yeri tutan müəllimlər diplom və hədiyyələrlə mükafatlandırılıb.