Noyabrın 15-də Şəki şəhər 19 nömrəli tam orta məktəbin VII sinfində fizika fənnindən Çinarə Məsimova tərəfindən açıq dərs keçirilib.
Mövzusu “Mətn redaktorunda cədvəl” olan açıq dərsdə sinif şagirdləri dörd qrup “Word”, “Excel”, “Cədvəl” və “Diaqram” üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Səki Şəhər Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.