Noyabrın 16-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb.
Noyabrın 13-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Şəki rayon məktəblilərindən ibarət 40 nəfərlik şagird qrupu cənub bölgəsinə yola düşüblər.
Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir.
Şagirdlər üç gün ərzində Lənkəran- Lerik- Masallı- Astara rayonlarını gəziblər. Həmçinin Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, həmin rayonların görməli yerləri ilə yaxından tanış olublar.
Noyabrın 16-də şagirdlər Şəki rayonuna geri qayıdıblar.
Şəki məktəbliləri həmçinin "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Lənkaran şəhərində məktəblilərarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışmasında iştirak edərək II yeri tutublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.