Şəki şəhər 8 nömrəli tam orta məktəbdə 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə məktəb rəhbəri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub.
Daha sonra isə şagirdlərin ifasında müxtəlif rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.