13.11.2019

Şəki rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində cənub bölgəsinə yollanıblar

Şəki rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində cənub bölgəsinə yollanıblar

Şəki rayon ümumi təhsil məktəbləri üzrə 38 məktəbdən 40 nəfər şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkaran, Masallı və Astara rayonlarına ekskursiyaya yollanıblar.   

4 gün davam edəcək tur-aksiya çərçivəsində məktəblilər ilk gün Lənkaran şəhəri Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Qoşa Qala qapılarına, Həzi Aslanovun ev muzeyinə və s. yerlərə baxış keçirəcək.

Səfərin 2-ci günü Astara şəhərinə yollanan şagirdlər Gənclər Mərkəzi, “Yanar bulaq”, Bulvar və Astara çay fabriki ilə tanış olacaq.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının son günü isə Masallı şəhərinə yollanan şagirdlərimiz şəhərin Tarix-diyarşünaslıq müzeyi, Heydər Əliyev parkı, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi və bir çox görməli yerlərə səyahət edərək tanış olacaqlar.

Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.


Açar sözlər: