Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Konstitusiya gününə həsr olunmuş intellektual yarışma keçirilib.
Şəki şəhər 14 nömrəli tam orta məktəbdə Konstitusiya gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilib.
Yarışda məktəbin VI-XI sinif şagirdlərindən təşkil olunmuş 12 komanda ("Səbuhi", "Savalan", "Kristal", "Çempion", "Səma", "Günəş", "Buta", "Nuxa", "Ulduzlar", "Zəka" "Ziya", "Zəfər") qalibiyyət uğrunda mübarizə aparıb.
Üç turdan ibarət yarışda komandalara ümumilikdə 24 sual təqdim olunub. Nəticədə isə "Zəka" komandası qalib gəlib.
Sonda qalib komandanın üzvləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif ediliblər.