12.11.2019

Konstitusiya Günü qeyd edilib

Noyabrın 12-də Şəki şəhər 6 nömrəli tam orta məktəbdə 12 noyabr-Konstitusiya Günü ilə bağlı tədbir keçirlib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Çıxış edənlər 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi qeyd ediblər.

Tədbirin sonunda Konstitusiya tarixinə həsr olunan videoçarxlar göstərilib.


Açar sözlər: ,  ,  ,