08.11.2019

Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.

Məktəblərdə şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii gecə, “Dəyirmi masa”lar təşkil edilib. Həmçinin məktəblərdə şagirdlər arasında rəsm, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.    

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər.

Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,