08.11.2019

Dövlət Bayrağı Günü münasibəti ilə şəhər 3 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Şəki şəhər 3 nömrəli tam orta məktəbdə 9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, lməktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır

 Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edərək bildiriblər ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,