07.11.2019

Heydər Əliyev Mərkəzində açıq dərs keçirilib

Noyabrın 7-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Bünyad İsmayılov XIb  sinif şagirdləri ilə "Milli demokratik hərəkat" mövzusunda açıq dərs keçirilib

Dərsə başlamazdan əvvəl şagirdlər müəllimləri və məktəbin direktoru ilə birlikdə H. Əliyevin  mərkəzində yerləşən abidəsi önününə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Çıxış edənlər  XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirib, dirçəliş yolunda verilən qurbanlardan, xalqımıza qarşı aparılan düşmənçilik siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin ayağa qalxmasından, baş qaldıran milli azadlıq hərəkatından danışıblar.

Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə Onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Açıq dərsdə şagirdləri maraqlandıran suallar  ətraflı cavablandırılıb.

Sonda məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə məlumatlandırılıblar.


Açar sözlər: ,