07.11.2019

“Bayraq qürur yerimizdir!” adlı tədbir keçirilib

Şəki rayon Orta Zəyzid kənd  1 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Bayraq qürur yerimizdir!” adlı tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərin oyadılması, gənc nəslə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumat verməkdən ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə çıxış edən məktəbin direktoru Əli Rəsulov  bildirib ki, 2009-cu ilin noyabr ayından etibarən 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkə səviyyəsində qeyd olunur. Həmçinin o qeyd edib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin davamında şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyub, bədii kompozisiya ilə çıxış ediblər.


Açar sözlər: ,