04.11.2019

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Əhmədova tərəfindən IXb sinifdə açıq dərs keçirilib. Mövzusu “Muğan” olan açıq dərsdə şagirdlər dörd qrup (1, 2, 3, 4)üzrə bölünərək iştirak ediblər.

Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “İnsan əməyi, insan zəkası, bədii ədəbiyyatda öz əksini necə tapır?”tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Dərs müşahidəçi qismində iştirak edən fənn müəllimləri tərəfindən müzakirə edilib.

 


Açar sözlər: ,  ,  ,