01.11.2019

“Bunları hamı bacarmalıdır”  mövzusunda nümunəvi dərs keçirilib.

Noyabrın 1-də Şəki rayon Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin  biologiya müəllimi Günel Əhmədova tərəfindən VII sinifində həyat bilgisi fənnindən Bunları hamı bacarmalıdır”  mövzusunda nümunəvi dərs  keçirilib.

Məktəbin biologiya müəllimi Günel Əhmədova yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı  əsasında  həyat bilgisi fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri testlərlə sorğu-sual edib.

Sonda Günel Əhmədovanın keçdiyi nümunəvi dərs müzakirə  olunub. Məktəbin direktoru Anar Məmmədov və digər müəllimlər nümunəvi dərsin yaxşı təşkil olunduğunu bildiriblər.

Nümunəvi dərs diskussiya şəklində başa çatıb. 

 


Açar sözlər: ,  ,  ,