Şəki şəhər 10 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arzu İsmayılova tərəfindən VId sinifdə açıq dərs keçirilib.
Mövzusu “Qarışıq ədədlərin toplanması və çıxılması” olan açıq dərsdə sinif şagirdləri üç qrup (Adi kəsrlər, onluq kəsrlər, qarışıq ədədlər) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə edilib.