15.10.2019

Şeir müsabiqəsi keçirilib

Oktyabrın 14-də Təhsil Şöbəsinin akt zalında yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı şeir müsabiqəsi keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə şəhər məktəblərindən seçilmiş 8 şagird iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələrin aktiv iştirakçılığa cəlb olunmasından ibarətdir.

Yarışda şagirdlər yol nişanları, işıqfor və ya digər  yol hərəkəti qaydaları barədə şeirlər  səsləndiriblər.

Sonda qaliblər Dövlət Yol Polisi tərəfindən mükafatlandırılib.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil nazirinin 28 yanvar 2019-cu il tarixli F-51 nömrəli əmri ilə tədbirlər planının icrasını təmin etmək məqsədilə keçirilib.


Açar sözlər: