Oktyabrın 8-də Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhər 18 və 19 saylı tam orta məktəblərdə tədbir keçirib.
Piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə keçirilən bu tədbirlər zamanı məktəblilərə küçə hərəkəti qaydaları öyrədilib.
Tural Niftalıyev bildirib ki, məqsədimiz odur ki, uşaq və yeniyetmələri qəzalardan qoruyaq. Yol hərəkəti qaydalarını öyrədək ki, onlarda əməl etsinlər və qəzalardan uzaq olsunlar.
Tədbirlər zamanı, məktəblilərin hər birinə piyadanın vəzifələri yazılmış vərəqələr paylanıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.