18.09.2019

Müəllimlər vahid geyim formasına keçiblər

Şəki rayon Oxud kənd tam orta məktəbinin müəllimləri yeni dərs ilində şagirdlərin qarşısına vahid geyim formasında çıxıblar.

Məktəbin direktoru Ülfət Abdullayev bildirib ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.

Vahid formaya keçirilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra həyata keçirilib.

Müəllimlərin bu təşəbbüsünü Şəki Şəhər Təhsil Şöbəsinin rəhbərliyi ilə yanaşı, şagird və valideynlər də müsbət qarşılayıb.

Qeyd edək ki, rayon mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 600 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğuldur.


Açar sözlər: ,