Şəki rayonunun Kiş, İbrahimkənd və Oxud kəndlərində quraşdırılan hər biri 96 şagird yerlik modul tipli məktəb binaları “Bilik günü”ndə öz qapılarını şagirdlərin üzünə açacaq.
Eyni zamanda Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət bu məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur. Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son illər rayonda 35-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 8 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.