24.07.2019

Şəki şəhəri 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binası  ilin sonunadək təhvil veriləcək

Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir.

Yeni məktəb binasında 58 sinif otağı, akt və idman zalları, yeməkxana korpusu, inzibati otaqlar yerləşəcək. Binanın tikintialtı sahəsi 2971 kvadratmetrdir. Dördmərtəbəli əsas korpusda tikinti işləri artıq yekunlaşıb, binanın dam örtüyü quraşdırılıb. Hazırda daxili mühəndis-kommunikasiya və boyaq ve dekarasiya işləri görülür, döşəməyə taxta vurulur. Yardımçı tikililərin, o cümlədən 2 ədəd 100 kubmetrlik yanğın əleyhinə və 1 ədəd 50 kubmetrlik içməli su anbarlarının, qazanxana və nasosxana binalarının tikintisi də artıq başa çatıb. İdman zalının tikintisi isə davam etdirilir.

Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur və  qabaqcıl təhsil ənənələri ilə seçilən məktəb 2 dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi adını qazanıb.


Açar sözlər: ,  ,