18.06.2019

Təhsil naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Şəki, Oğuz və Qəbələ rayon sakinlərinin nəzərinə!

Təhsil naziri Ceyhun Bayramov 28 iyun 2019-cu il tarixində saat 10:00-da Şəki şəhərindəki Heydər Əliyev Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəki, Oğuz və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-21 iyun 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 


Açar sözlər: