İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Şəki rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.
Tədbirlərdə Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.
Himn sədaları altında Azərbaycan bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.
Dərs ili ərzində tədrisdə xüsusi fərqlənən müəllim və şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində rayon rayon ümumi təhsil məktəblərini I sinif üzrə 2529, IX sinif üzrə 2016, XI sinif üzrə 1638 şagird bitirib.
Növbəti tədris ilində Şəki rayonu üzrə I sinfə 2687 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.