12.06.2019

 “Axı biz Sizin Gələcəyinizik” adlı tədbir keçirilib.

Şəki şəhər 18 nömrəli tam orta məktəbinin Ia sinif  rəhbəri  Xumar İmamverdiyevanın təşkilatçılığı ilə “Axı biz Sizin Gələcəyinizik” adlı tədbir keçirilib.

Birinci sinif proqramını bitirməsi, oxu, yazı bacarıqlarına yiyələnməsi münasibətilə təşkil olunan tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildiriblər. Birinciləri yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə ediblər.

Daha sonra birincilər yiyələndikləri bilik və bacarıqları əyləncəli proqramla nümayiş etdirərək, şeirlər, mahnılar, səhnəciklər, rəqslər təqdim ediblər.


Açar sözlər: ,  ,  ,