Şəki rayon Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin VII sinfində fizika müəllimi Elnarə Əhmədova tərəfindən açıq dərs keçirilib. Dərsdə Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktoru və fənn müəllimləri iştirak ediblər.
“Səs dalğaları” mövzusunda keçirilən dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi proektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.
Şagirdlər “Muğam”, “Bülbüllər”, “Səs- küy” olmaqla 3 qrupa bölünüblər, qruplara təqdim olunan tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.
Dərsin sonunda qruplar qiymətləndirilib və ev tapşırığı verilib.