10.06.2019

"Riyaziyyat gecəsi" keçirilib

Şəki rayon Oxud kənd tam orta məktəbdə "Riyaziyyat gecəsi" keçirilib.

Məktəbin riyaziyyat müəllimi Şəlalə Salmanova tərəfindən təşkil olunan tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak eidblər.

Məktəbin 4-cü sinfində təşkil edilən Riyaziyyat gecəsində əvvəlcədən hazırlanmış slayd təqdim olunub, məktəblilərin hazırladıqları “Rəqəmlərin mübahisəsi” adlı səhnəcik maraqla qarşılanıb.  Həmçinin sonda şagirdlər yumoristik riyazi səhnəciklər, mahnılar, görkəmli riyaziyyatçılar haqqında maraqlı məlumatlarla çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib


Açar sözlər: ,  ,  ,