07.06.2019

Rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın qalibləri mükafatlandırılıb

İyunun 4-də Bakı Slavyan Universitetində Rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.

Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Şəki rayonundan  şəhər 8 nömrəli tam orta məktəbin VIIb sinif şagirdi Fəridə Qaffarova, şəhər 10 nömrəli tam orta məktəbin VIIIc sinif şagirdi Kənan Məcidzadə və şəhər 5 nömrəli tam orta məktəbin VIIIa sinif şagirdi Ruslan Nuruyev  mükafatlandırılıb.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilib.


Açar sözlər: ,  ,