07.06.2019

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 3654 şagird bitirəcək

2018-2019-cu tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 2016, XI siniflərini 1638 nəfər bitirəcək. Rayonda 2529 nəfər I sinfi, başa vuracaq. Cari tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 96 ümumi təhsil məktəbində 1651 sinifdə 27144  şagird təhsil alıb.

2018-2019-cu tədris ilində rayon üzrə 74 ümumi təhsil məktəbində fəaliyyət göstərən 120  məktəbəhazırlıq qrupunu 2137 uşaq başa vurub.

Şəki Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 3467 müəllim fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 2687 nəfərdir.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.