Şəhər 7 nömrəli tam orta məktəbdə coğrafiya fənnindən “Tüstüsüz sənaye” adlı açıq dərs keçirilib. Məktəbin IXa sinfində coğrafiya müəllimi Elçin Qədirov tərəfindən keçirilən dərsdə şagirdlər “İçərişəhər”, “Qız qalası”, “Xan Sarayı” və “Şahdağ” adlı qruplara bölünüblər.
Dərsdə məktəbin direktoru Bəkir Xəlilov və məktəbin müxtəlif fənn müəllimləri iştirak edib.
Açıq dərs diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.
Sonda keçirilən dərs müzakirə olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimləri çıxış edərək açıq dərsin yaxşı təşkil olunduğunu və şagirdlərin coğrafiya fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.