04.06.2019

Şəki Şəhər-Rayon Polis Şöbəsinə ekskursiya

Şəki məktəbliləri Şəki Şəhər-Rayon Polis Şöbəsinə ekskursiya ediblər. Ekskursiya "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nı çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.


Ekskursiyada şəhər 11,12, 14, və 17 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Ekskursiya zamanı şagirdlərə Dövlət Yol Polis Bölməsinin xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Ekskursiyanın keçirilməsində əsas məqsəd təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da genişləndirilmək, yol hərəkəti təhlükəsizliyini təbliğ etməkdir.

Daha sonra məktəblilər bölmənin inzibati binasının dəhlizində yaradılmış təbliğat və maarifləndirici görüşlərin fotoşəkillərindən nümunələr əks olunmuş “DYP güsəsi” ilə tanış olublar.

Sonda Səki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,