24.05.2019

Şagirdlər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Şəki rayon Vərəzət  kənd Köçkünlər ümumi orta məktəbin bir qrup şagirdləri Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəblilərin Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əyani tanış olmaqdır.

Mərkəzin nümayəndəsi müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verib.

Sonda şagirdlər Mərkəzdə xatirə şəkli çəkilib


Açar sözlər: ,  ,