24.05.2019

C. Cabbarlının 120 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Şəki rayon Baltalı kənd tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub.

Yubiley tədbirini giriş sözü ilə açan məktəbin direktoru Namiq İbrahimov Cəfər Cabbarlı yaradıcılığının Azərbaycan xalqı üçün zəngin bir ədəbi irs olduğunu bildirərək, onun əsərlərinin bütün dövrlər üçün aktual məsələlərə toxunduğunu qeyd edib.

Daha sonra şagirdlər yazıçının həyat və fəaliyyəti haqqında geniş məlumat verərək əsərlərindən parçalar səhnələşdiriblər.


Açar sözlər: ,  ,  ,