Mayın 24-də Şəki şəhər 1 nomrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı bilirik” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masanın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır.
Dəyirmi masa ətrafında uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi barədə söhbət aparılıb, bu mövzuda məruzələr dinlənilib. Daha sonra isə mövzu ilə əlaqədar fikirlərini bildirmələri üçün məktəblilərə söz verilib.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.