Şəki şəhər 20 nömrəli tam orta məktəbdə “Əlvida ibtidai” adlı tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə istedad, bacarıq və xüsusi qabiliyyətlərinin üzə çıxarılması, ədəbi düşünmə qabiliyyəti və dünyagörüşünün inkişaf etdirilməsidir.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən məktəbin direktoru Səbuhi Qurbanov bildirib ki, şagirdlərin potensial imkanlarının şaxələndirilməsi onlarda xüsusi bacarıqların ortaya çıxması üçün belə tədbirlər mütəmadi olaraq həyata keçirilir. IV sinif şagirdləri artıq ibtidai sinifi bitirib. Onlar oxumaq, yazmaq, saymaq müxtəlif asan və çətin misal və məsələləri həll etməyi bacarırlar. Balaca fidanlar hər ötən il daha da böyüyür, müəllimləri sayəsində özlərini daha da təkmilləşdirirlər.
Tədbirin gedişatında şagirdlər mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.