Təhsil Nazirliyinin "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fəaliyyət Planına uyğun olaraq məktəblərdə vətənpərtvərlik tərbiyəsinin formalaşdırılması məqsəsilə siniflərin Vətənin müdafiəsi uğrunda həlak olmuş qəhrəmanların adları ilə adlandırılması təcrübəsi tətbiq olunur.
Şəki şəhər 17 nömrəli tam orta məktəbdə pedaqoji şuranın qərarı ilə IX sinfə əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, VII sinfə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib.
Məqsəd şagirdləri mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması istiqamətində aparılan işləri daha da gücləndirməkdir.