20.05.2019

“Möcüzəli kimya" adlı elmi-əyləncəli tədbir keçirilib

Mayın 20-də Şəki rayon Çeşməli kənd tam orta məktəbdə "Möcüzəli kimya" adlı elmi-əyləncəli tədbir keçirilib. Gecəni məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Aynur Əliyeva və kimya müəllimi Röya Abdurahmanovanın  birgə təşkilatçılığı ilə keçirilib.

Məktəbin direktoru Aqil Əhmədov kimya gecəsinin təşkilinin şagirdlərin bu fənnə marağının artmasına və gələcəkdə yüksək ixtisaslı kadrların hazırlığı işinə təkan verəcəyinə əminliyini ifadə edib. Direktor şagirdlərə dərslərində diqqətli olub, bu cür tədbirlərdə iştirak edərək özlərini inkişaf etdirməyi tövsiyə edib.

Kimya gecəsinin gedişində məktəbin 7,8,9-cu sinif şagirdlərinin iştirakı ilə kimyəvi elementlər haqqında maraqlı faktlar söylənilib. Tədbirdə həmcinin şagirdlərin ifasında musiqi və səhnəciklər göstərilib.

Tədbir zamanı  “Vulkan püskürməsi”, “Arı vızıltısı”, “Fil dişi” və digər bir-birindən maraqlı kimyəvi reaksiyalar aparılıb.

Sonda sual-cavab formasında keçirilən viktorinada qalib gələn şagirdlərə hədiyyələr verilib.

 


Açar sözlər: ,  ,  ,