20.05.2019

Müsabiqənin birinci mərhələsi keçirilib

Şəki rayon ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

V Respublika fənn müsabiqələrinin birinci mərhələsində Şəki rayon ümumi təhsil müəssisələrindən 587-ə yaxın şagird iştirak edib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Müsabiqədə VI sinif şagirdləri riyaziyyat, informatika fənləri, VII sinif şagirdləri isə fizika, kimya, biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.

Fənn müsabiqələrinin ilkin mərhələsində 50 sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Müsabiqənin birinci mərhələsi şəhər 20 nömrəli tam orta məktəbdə təşkil olunub. Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.


Açar sözlər: ,  ,  ,