Mayın 14-də şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəblilərin Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əyani tanış olmalarına yardımçı olmaq olub.
Ekskursiyaya başlamazdan əvvəl Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulub. Məktəblilərə Mərkəzin məsul işçilər tərəfindən müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumat verilib. Sonda Mərkəzdə xatirə şəkli çəkilib.