13.05.2019

Məktəblilər Gəncə şəhərində yerləşən tarixi abidələrə ekskursiya ediblər

Şəki şəhər 18 nömrəli tam orta məktəbin IXc sinif şagirdləri Gəncə şəhərində yerləşən tarixi abidələrə ekskursiya ediblər.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi şagirdləri ölkəmizin qədimliyi, dahi şəxslərin yaradıcılığı və fəaliyyəti, keçmiş insanların həyat tərzi və s. əyani şəkildə tanış etmək olub.

Keçirilmiş ekskursiya zamanı şagirdlər məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Zenfira Rəsulova və sinif rəhbəri Sevda Hacıbalayevanın rəhbərliyi ilə Nizami Gəncəvi muzeyi, Nizami Gəncəvi Məğbərəsi, Mir Cəlal Paşayev muzeyi, XVII əsrə aid tarixi Şah Abbas məscidi, Cavad xan türbəsi, Tarix-Diyarşünaslıq muzeyində olublar.