Şəki şəhər 14 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin həyat yolu haqqında məlumat verərək bildiirblər ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və əbədiyyətə çevrilməsi, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının vəhdətinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin xalq və Vətən qarşısında ən böyük xidmətlərindəndir.
Tədbir şagirdlərin şer və ədəbi kompozisiyaları ilə davam edib.