Şəki şəhər 9 nömrəli tam orta məktəbdə “9 May-Qələbə Günü” münasibətilə anım mərasimi keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, vetranlar, hərbiçilər, məktəb rəhbərliyi, müəllimlər və şagird kollektivi iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra 1941-1945-ci illər müharibəsində həlak olmuş Vətən oğulları bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə çıxış edənlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyi vurğulanıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs ediblər.
Sonra məktəbin şagirdləri qələbəni əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Sonda qonqlara Əhmədiyyə Cəbrayılovun müharibədə göstərdiyi qəhramanlığı əks etdirən videoçarx nümayiş etdirilib.