Şəki şəhər 14 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi dövrün tələbidir” adlı dəyirmi masa təşkil olunub. IX-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə islam dininin yaranmasından, Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasından, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasından, islam dəyərlərinin dünyada təbliğindən, islam ölkələrində bu gün baş verən hadisələrdən söhbət açılıb.
2009- cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi İslam həmrəylinin ölkəmiz həm də islam dünyası üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Sonda şagirdlər tərəfindən insanları sülhə, dostluğa, xeyirxah işlər görməyə çağıran kəlamlar səsləndirilib.