29.04.2019

Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Şəki şəhər 9  nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Adın şərəflidir sənin, ey qadın!" adlı tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov,  müəllim, valideyn, şagird və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və akademik Zərifə Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Qonaqları salamlayan məktəbin direktor İntizar Abdullayeva görkəmli alim Zərifə Əliyevaya həsr edilmiş tədbirə yüksək şövqlə hazırlaşdıqlarını, bu nəcib insanın şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə və kamillik məktəbi olduğunu söyləyib.

Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Onlar Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar. Qeyd ediliblər ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.

Daha sonra şagirdlər Zərifə Əliyevaya həsr edilən şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Tədbir akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,