23.04.2019

Pedaqoji mühazirələrin I mərhələsi yekunlaşıb

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin rayon mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndirilib.

Rayon mərhələsində ən yaxşı, innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 2 məruzə müəyyənləşdirilib. Nəticələrə əsasən Şəki şəhər 6 nömrəli tam orta məktəbin kimya müəllimi – Şəhla Rəsulova "Kimya fənininin tədrisi metodikasının təkmilləşdirilməsi yolu ilə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması" və Şəki şəhər 11 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Arzu Əzizova "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır" mövzusunda mühazirələri ölkə üzrə təşkilat komitəsinə təqdim ediləcək.

Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar


Açar sözlər: ,  ,